Artıq bunu gizlətmək istəmirəm - Paşinyan

21:53 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə aparılan islahatlar və siyasi proseslər fonunda təhlükəsizliklə bağlı risklərin aradan qaldırıldığını bildirib".

Hafta.az xəbər verir ki, o bu barədə parlamentdə çıxışı zamanı danışıb.

Baş nazirin sözlərinə görə, Ermənistan ciddi mövcudluq təhdidləri ilə üz-üzə qalıb:

"Artıq bunu gizlətmək istəmirəm:

"kriminal-oliqarxik sistemin köklərinin kəsilməsi" prosesi həm daxili, həm də xarici təsirlərlə müşayiət olunub və bu, müəyyən mərhələlərdə ölkənin təhlükəsizliyi üçün əlavə risklər yaradıb. Bəzi mərhələlərdə vəziyyət elə həddə çatıb ki, xarici təsirlər Ermənistan üçün "ekzistensial təhlükələr" yarada bilərdi".

Paşinyan bildirib ki, bu risklər artıq keçmişdə qalıb və hazırda ölkə daha sabit, idarə olunan təhlükəsizlik mühitinə keçib./globalinfo/